Sabahlara bizimlə açılan forum

imza:Taleh H.
 
AnasayfaAnasayfa  MVSMVS  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

Payla | 
 

 Sene Olan Sevgim

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
PrinCe_Of_Baku



İsmarıc sayı : 98
Age : 27
Registration date : 23/03/08

Yeni mövzuMövzu: Sene Olan Sevgim   B.e. Apr. 07, 2008 8:02 pm

Gözüm hər yerdə səni axtarır. Baxdığım hər nöqtədə səni görürəm. Aldığım hər nəfəsdə səni yaşayıram. Sanki əzəldən sən olmamış, məni sevməmiş kimidir bu fani həyat. Sanmışdım ki, mənim tək sevən bir insanın qapısını ayrılıq çalmaz. Amma bilmirdim ki, sən gələn gündən mənim qəlbimin qapısını ayrılıq üçün açıbsan. Gəldin həyatıma. Gizli bir sevda kimi yaşadım səni. Sanki sən gördüyüm ən gözəl yuxu idin. Səni heç kəsə danışmadım. Səni qəlbimdə hər kəsdən gizlin elə bir sevda ilə sevdim ki, indi nə səni unutmaq olur, nə də səndən başqasını sevmək. Sanki sən qəlbimin dərinliklərinə düşmüş və oradan bir daha çıxmayacağın üzərə məhbusa çevrilibsən. Sanki sən qəlb evimin ən gözəl bir çiçəyi idin. Sənə səndən xəbərsiz gülüm dedim və ən nəhayət səni istəmədən soldurdum. Amma bil ki, sən hər zaman qəlbimdə 4 fəsil açacaq və heç zaman solmayacaq gülümsən. Kaş sən mənim olardın, mənimlə olardın. Ən pis günlərimdə belə səninlə unudulmayacaq qədər ən gözəl günlərimi yaşayardım. Sən qəlbimin solmaz gülü, gizli bir sevdam, şübhə etmədən sığınacağım, dərdlərimi böləcəyim tək həmdəmim, sakit gecələrdə gördüyüm ən gözəl yuxum, yaşadığım ən gözəl xəyal, yaşamağına can atdığım ən sirli dünyam, tufanlı anlarda sığınacağım limanım, qarşılıqsız sevdiyim, tək sevgilimsən. Mənim sənə olan sevgim cavabsız qalan telefon zənglərinə bənzəyir. Qapısı açılmamış bir evə bənzəyir ilk eşqim. Kimsəsiz bir nömrə, sahibsiz bir ünvana bənzəyir mənim bu ölümsüz duyğum. Payızda saralıb tökülmüş ayaqlar altında qalan yarpaqlara bənzəyir mənim sənlə dolu olan ümidlərim. Bəzən kimini sənə bənzədir, bəzən də səni kimdəsə axtarıram. Ancaq nə səni, nə də sənin kimi bir vəfasızı tapa bilirəm bu dünyada. Sən mənim yaşamış olduğum günlər, sənin sevgin məni yaşadacaq günlər üçün gərəkdir. Bəlkə də gedişində haqlısan. Bəlkə də bu sevginin bitməsi mənim üçün yaxşı oldu. Bir düşün!!! Sən mənimlə olsaydın mən səni səndən də çox sevib, daha da çox yanardım bu sevgi odunda. Mən səni sənə görə deyil, mən özümü səndə tapdığım üçün sevmişdim. Sən həyatımda zamansız əsən külək idin. Əsdin və getdin. Ancaq məni sənsizliyin qollarına atdın. Artıq səni sevən qəlbim yoxdur, məhv olub. Daha qəlbimin yerində qubar bağlamış dərdlərim var. Bəlkə də sən mənim əcəlimsən. Bəlkə də sən məni yaşadan bir mələksən. Men səni hər cürə qəbul etdim. Səndən sadəcə sevgi dolu bir ürək istədim. Amma sən bunları eşitmədin. Çünki indi olmadığın kimi o zamanda həyatımda, yanımda deyildin. Özümü anlamıram. Gözümdən axan yaşlar sənə aiddir. Bəs gülüşüm? O kimə və nəyə aiddir? Axı kim üçün gülürəm mən? Axı mən nəyə sevinirəm? Çətin olsa da saxta gülüşlərlə üzümü bəzədim. Amma nə qədər etdimsə ürəyimi sevindirməyi, güldürməyi bacarmadım. Sən indi kiminsən? O iyrənc qəlbin kimə aiddir? Saxta sevgini kimə veribsən? İndi kimi aldadırsan? İndi hansı göz yaşlarına qıyırsan? Bilirdim gedişində sənin çox dəyişəcəyini. Hayqırdım getmə oralarda deyişərsən deyə. Ancaq sən məni eşitmədin. İndi bil ki, saçını oxşayan, yanağından öpən olsa belə yolunda ölməyə hazır olan, səni mənim qədər sevən bir sevənin olmayacaq.
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Fidashka
Moderator
Moderator


İsmarıc sayı : 462
Age : 28
Registration date : 24/01/08

Yeni mövzuMövzu: Geri: Sene Olan Sevgim   Ç.a. Apr. 08, 2008 12:57 am


Sitat :
İndi bil ki, saçını oxşayan, yanağından öpən olsa belə yolunda ölməyə hazır olan, səni mənim qədər sevən bir sevənin olmayacaq. Crying or Very sad Crying or Very sad Crying or Very sad
ELLERIN VAR OLSUN,COX SAG OL.
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Vusal
Moderator
Moderator


İsmarıc sayı : 440
Age : 28
Registration date : 23/01/08

Yeni mövzuMövzu: Geri: Sene Olan Sevgim   Ç.a. Apr. 08, 2008 4:11 am

movzunu oxumaga heves olmadi amma yaxsi movzuya oxsiyir lol!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Sponsored content




Yeni mövzuMövzu: Geri: Sene Olan Sevgim   Bugn 2:10 am

Əvvələ qayıt Aaa gitmek
 
Sene Olan Sevgim
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Sabahlara bizimlə açılan forum :: Heyat ve Yaşadigimiz çevre :: Sevgi-
Keç: