Sabahlara bizimlə açılan forum

imza:Taleh H.
 
AnasayfaAnasayfa  MVSMVS  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

Payla | 
 

 HER BILDIYINI SOYLEME,AMMA HER SOYLEDIYINI BIL...

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Fidashka
Moderator
Moderator


İsmarıc sayı : 462
Age : 28
Registration date : 24/01/08

Yeni mövzuMövzu: HER BILDIYINI SOYLEME,AMMA HER SOYLEDIYINI BIL...   Ş. May 03, 2008 9:28 pm




Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc,gözəl bir qız gəlir:
-Nə edim,mənə məsləhət verin? Mən həmişə hamıya kömək etməyə,heç kimi incitməməyə çalışıram.İnsanlara qarşı çox xeyirxaham.

Bu qədər səmimi və mehriban olmagıma baxmayaraq hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.

Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:
-Çılpaq soyun,şəhərin küçələrini belə lüt gəz.
-Dəli olmusunuz? Belə halda allah bilir başıma nə oyun gətirərlər.
Belə olduqda ağsaqqal qapını açdı,bir güzgü gətirdi qızın önünə qoydu:
-Bax görürsən,bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən.
Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?

Sənin qəlbin bu qapı kimi açıqdır,hamı ora sərbəst daxil olur.
Sənin qəlbin güzgü kimi əks etdirir.
Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa,incitməyə,ləkələməyə çalışırlar.
Hər adamın cəsarəti çatmır etiraf etsin ki,kimsə ondan yaxsıdır.Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.
-Bəs mən nə edim?
-Gedək mən sənə öz bağımı göstərim.

Müdrik adam qızı bağa apararaq dedi:
-Neçə illərdir ki,mən bu gullərə,çiçəklərə su verirəm, qulluq edirəm.Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki hər gün onların gözəlliyindən və ətrindən zövq alıram. Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç. Diqqət et ki kim sənə dost olmaga layiqdir, kim çiçək sulayan kimi sənin xeyirxahlığına təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.

Həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır:
Zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə.
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Vusal
Moderator
Moderator


İsmarıc sayı : 440
Age : 28
Registration date : 23/01/08

Yeni mövzuMövzu: Geri: HER BILDIYINI SOYLEME,AMMA HER SOYLEDIYINI BIL...   B. May 04, 2008 3:49 am

Eladi yeri var lol! lol! lol!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Fidashka
Moderator
Moderator


İsmarıc sayı : 462
Age : 28
Registration date : 24/01/08

Yeni mövzuMövzu: Geri: HER BILDIYINI SOYLEME,AMMA HER SOYLEDIYINI BIL...   B.e. May 05, 2008 2:20 am

Vusal yazıb:
Eladi yeri var lol! lol! lol!
100% kopyalamisan ishde oxumaga,oxuyandan sonra cavab yaz yene)))))))))))))))),baxdigin ucun cox sag ol qaqam. lol!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Sponsored content




Yeni mövzuMövzu: Geri: HER BILDIYINI SOYLEME,AMMA HER SOYLEDIYINI BIL...   Bugn 2:10 am

Əvvələ qayıt Aaa gitmek
 
HER BILDIYINI SOYLEME,AMMA HER SOYLEDIYINI BIL...
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Sabahlara bizimlə açılan forum :: Heyat ve Yaşadigimiz çevre :: Sevgi-
Keç: