Sabahlara bizimlə açılan forum

imza:Taleh H.
 
AnasayfaAnasayfa  MVSMVS  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

Payla | 
 

 ~~HISS VE HEYACANLAR~~

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
Fidashka
Moderator
Moderator


İsmarıc sayı : 462
Age : 28
Registration date : 24/01/08

Yeni mövzuMövzu: ~~HISS VE HEYACANLAR~~   Çər. May 07, 2008 6:16 pm


HİSS VƏ HƏYACANLAR HAQQINDA
1. Yaşamaq yeganə əzabdır ki, insan ondan doymur!
2. Əzab ilahi sınaqdır, bütün peyğəmbərlər əzabdan keçdikdən sonra peyğəmbərliyə çatıb!
3. Zəhmət tənbəl üçün əzab, əməkçi üçün həzdir!
4. Həyatdan zövq ala bilməyənə ölümdən zövq almaq qalır!
5. İnsan yalnız qazananda yox, bə’zən itirəndə də sevinir!
6. Zəhmətkeş adamın əli özünə ucaltdığı abidədir!
7. Sevinc də kədər kimi insanı məhv edə bilər!
8. Gözü ağlayanın dodaqlarının gülməsi xeyirxahlıq əlamətidir!
9. Hər bir xoşbəxtlik bədbəxtliyə, hər bir bədbəxtlik isə xoşbəxtliyə aparır!
10. Sevinc bahar mehi kimi, kədər qışın çovğunu kimidir, həm də hər ikisi gəldi gedərdir!
11. Kədərli anlarda sevinci yaxın buraxmayan adam, müttəfiqin imtina edən döyüşçü kimidir!
12. Qüssəli adam buludlu hava kimidir, yağıb yağmayacağı bəlli olmaz!
13. Sevincinin bir hissəsini gizlətməyi bacarmayan hörmətinin hamısını itirə bilər!
14. Varlının pulu, kasıbın arzusu çox olar!
15. Arzu ilə ağıl tərs mütanasibdir. Ağıl artıqca arzu azalır!
16. Hər bir insan yalnız özü üçün, sevənlər isə həm də sevdikləri üçün arzulayırlar!
17. Arzu şərab kimidir, çox olduqca insanı sərxoç edib reallıqdan qoparır!
18. Böyük arzular insanı öz gözündə, böyük əməllər başqalarının gözündə böyük göstərir!
19. Sonuncu xoşbəxtlik əvvəlki bədbəxtliklə qonşudur!
20. Biz həyatda üç şeyə heyfslənirik: yaxşı adamın ölümünə, pis adamın varlanmasına, gücsüzün qalib gəlməsinə. Amma bu üç hal Allahın ədalətindən xəbər verir. Belə ki, yaxşı adamların ölümünü pislərə göstərir ki, hətta yaxşılar da ölür, pis adama var-dövlət ona görə verilir ki, pisliyinə kasıbçılıqla bərayət qazanmasın, gücsüzə ona görə qələbə qismət edir ki, güclülər qudurmasın!
21. Zövq həzzə, həzz sevincə, sevinc-nəşəyə aparır. Eyni ilə qüssə kədərə, kədər əzaba, əzab-iztiraba sürükləyir. İstər xoş, istər bəd hisslər sonunda bizi ölümə aparır.. ÖLÜM BÜTÜN HİSSLƏRİN ƏN YÜKSƏK ZİRVƏSİNDƏ BİZİ GÖZLƏYİR!

MAARİF-TƏHSİL HAQQINDA
22. Yaxşı kitabların vərəqləri həmişə pis vəziyyətdə olur!
23. Lazimsiz kitab yoxdur, oxumağıma lazim olmayan kitablar var!
24. Hər bir şəxsin həyatı ayrıca bir kitabdır, müəllifi də oxucusu da özüdür!
25. Bütün tiranlar hər şeydən əvvəl kitablara qarşı müharibə elan ediblər!
26. Yazılmamış kitablar oxunmayan kitablardan daha maraqlıdır!
27. Yalanın pulla könüllü alındığı yeganə şey -mətbuatdır!
28. İnternet –kitab, qəzet, kino və rabitənin sintezidir!
29. İnternet insanları əyləndirmək və insanlarla əylənmək üçün eyni dərəcədə əlverişlidir!
30. İnternet insanlar arasında dil qədər mühüm ünsiyyət vasitəsidir!
31. İnternet təmas kompleksi olanlar üçün bir nemətdir!
32. Qəzet bir yalanı eyni zamanda milyonlarla demək imkanıdır!
33. Müasir dövrdə bütün müharibələr qəzetlərdə başlayır və qəzetlərdə də qurtarır!
34. Bitərəf jurnalistlər partizan müharibəsi aparan döyüşçülərdir!
35. Həyatda insanın dörd müəllimi olur - valideynləri, müəllimləri, şəxsi təcrübələri və təbiət. Onlardan biri körpəlikdə, biri uşaqlıqda, biri gənclikdə, biri də qocalıqda müəllimlik edir!
36. Özü öyrənən tələbə müəlliminə kömək edir!
37. Yaxşı şagirdlər müəllimlərə övladlarından yaxın olur!
38. Öyrədərkən özü öyrənməyən əsl müəllim deyil!
39. Bəzi sullar cavablardan çox öyrədir!
40. Müəllimlər özlərinin yox, şagirdlərinin qabiliyyəti ilə fəxr edirlər!
41. Təcrübə nəzəriyyə qədər çətin, düşüncə qədər asan deyil!
42. Təcrübənin acı nəticələri, nəzəriyyələrin şirin vədindən xeyirlidir!
43. Təcrübəsiz bilikdənsə, biliksiz təcrübə daha xeyirlidir!
44. Təhsil verəndə dost kimi, tərbiyə verəndə düşmən kimi olmaq lazımdır!
45. Təhsilsiz tərbiyə nadanlığa, tərbiyısiz təhsil axmaqlığa xidmət edir!
46. Tələbələrin pozğunluğu müəllimlərin, müəllimlərin pozğunluğu cəmiyyətin günahıdır!
47. Valideynlərimiz bizə həyat verib, müəllimlər isə ondan necə istifadə etməyi öyrədir!
48. Maarif işığı sönmüş cəmiyyəti, günəş də qaranlıqdan çıxara bilməz!
49. Düzgün düşünmək düzgün yaşamağın əsasıdır!
50. Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “Beşikdən qəbrədək elm öyrənin!”
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Taleh_Haciyev
Admin


İsmarıc sayı : 261
Age : 29
Registration date : 21/01/08

Yeni mövzuMövzu: Dj_Hadji   C.a. May 08, 2008 2:41 am

41. Təcrübə nəzəriyyə qədər çətin, düşüncə qədər asan deyil!

_________________


BIR ÇOX SAGOLA DEYER!?
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://hadjiev.tr.gg
Fidashka
Moderator
Moderator


İsmarıc sayı : 462
Age : 28
Registration date : 24/01/08

Yeni mövzuMövzu: Geri: ~~HISS VE HEYACANLAR~~   C. May 09, 2008 12:31 am

Admin(Dj_Hadji) yazıb:
41. Təcrübə nəzəriyyə qədər çətin, düşüncə qədər asan deyil!
Baxidigina gore cox sag ol!!!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
Sponsored content




Yeni mövzuMövzu: Geri: ~~HISS VE HEYACANLAR~~   Bugn 2:08 am

Əvvələ qayıt Aaa gitmek
 
~~HISS VE HEYACANLAR~~
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Sabahlara bizimlə açılan forum :: Heyat ve Yaşadigimiz çevre :: Sevgi-
Keç: